İraq Kürdüstan Regional Hökuməti (İKRH) Bağdadın Ərbil və Süleymaniyyədəki bütün sərhəd keçid məntəqələrini və aeroportları 72 saat ərzində federal hakimiyyətin idarəçiliyinə təhvil vermək tələbini qətiyyətlə rədd edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu İKRH-nin nəqliyyat və kommunikasiyalar naziri Mövlud Baumarad deyib. Onun sözlərinə görə, İraqın aeroportların təhvil verilməsi haqqında qətnaməsi yersizdir: “Biz idarəetməni davam etdirəcəyik. İraqdakı aviasiya rəhbərliyi öz işini lazımi şəkildə yerinə yetirmir. Bağdadın hava nəqliyyatını dondurmaq qərarı qanunsuzdur”.