Yevlaxda qəbirstanlıqdan oğurluq edən dəstə üzvüləri saxlanılıb.
“Yeniavaz.com” xəbər verir ki, rayonun “Dəvəçi” adlanan məzarlığına qənim kəsilənlər elə yerli sakinlər olub.
21 yaşlı İsmayıl Dərişov və 20 yaşlı Kamil Seyidov əlbir olaraq Yevlax rayon sakini Roza Əliyevanın ailə üzvülərinə məxsus məzarların kənarlarına çəkilən əlvan metaldan ibarət bəzək əşyalarını oğurlayıblar.
Yevlax polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğrular elə iş başında yaxalanıblar.
Saxlanılan şəxslər 3 nəfər olduqlarını etiraf ediblər.
Dəstənin digər üzvü Yevlax rayon sakini Tural Nadirovun tapılaraq istintaqa təhvil verilməsi istiqamətində işlər davam etdirilir.
Faktla bağlı Yevlax rayon polis şöbəsində araşdırma aparılır.
Esmira Hidayətova, Yevlax