Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili oktyabrın 17-də Kiyevdə keçirilməsi planlaşdırılan mitinq zamanı Ukrayna Nazirlər Kabinetinin bütün üzvlərini "göndərmək" niyyətində olduğunu bəyan edib. Bu sözləri M.Saakaşvili bu gün Kiyevdə keçirilən mitinqdə bildirib. O, həmçinin bu gün həmfikirlərinin axtarışı ilə əlaqədar Lvova səfər edəcəyini də vurğulayıb.Report