"Azneft" dairəsindən "Sahil" metrosuna qədər olan ərazidən niyə üfunət iyi gəlir?

Bir müddətdir ki, Bakı şəhərində Dənizkənarı Bulvara yaxın, "Sahil" metrosundan "Azneft" dairəsinə qədər olan ərazidən üfunət iyi gəlir. Yolunu bu ərazidən salan sürücülər də bunun şahidi olublar. Qoxu o qədər güclüdür ki, avtomobillərin içinə belə daxil olur və bir müddət qalır.

Şəhərin mərkəzində, Xəzərin sahilinə yaxın bu kiçik ərazidən nəyə görə üfunət iyi gəlir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən Zəki Həsənzadə açıqlamasında bildirdi ki, nazirlik əməkdaşları həmin əraziyə baxış keçirib. “Neftçilər prospektində Rəşid Behbudov küçəsi və Zərifə Əliyeva küçəsində pis qoxu müşahidə edilir. Həmin qoxu lokal xarakter daşıyır. Cihazlarla ölçmələr apardıq və həmin ərazidə zərərli qaz birləşmələri yoxdur. Sahil metrosu və Hökumət Evi istiqamətində zərərli qaz birləşmələri müşahidə edilməyib və bunun kanalizasiya ilə heç bir əlaqəsi yoxdur”.

Əsas odur ki, sağlamlığa zərəri yoxdur. Yenə də qoxunun mənbəyini müəyyən edə bilmədik.a24.az

DİGƏR XƏBƏRLƏR

Top