Bu gün dünya əhalisinin 52 faizi hələ də internetə çıxışa malik deyil. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) “Global Broadband Progress” adlanan hesabatında deyilir. BMT-nin hesabatı rəqəmsal parçalanmaya həsr edilib ki, bu da bu gün informasiya texnologiyaları sahəsində inkişaf etmiş və inkişafda olan ölkələr arasında müşahidə olunur. Mütəxəssislər dəqiqləşdirib ki, yaxın zamanlarda bu parçalanma əsl uçuruma çevrilə bilər. Statistikada deyilir ki, hazırda bütün dünya üzrə internetdən 3,58 milyard insan istifadə edir. Dünya əhalisinin ümumi sayı isə 7,6 milyarddır.Lent.az