İran hərbi arsenalında “bütün bombaların atası”nın olduğunu bəyan edib

İranın özünün hər birinin 10 ton çəkisi olan mərmiləri var. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Əmir Əli Hacızadə deyib. Onun sözlərinə görə, bu mərmilər ABŞ-ın ən güclü qeyri-nüvə silahını üstələyir: “Sərəncamımızda 10 tonluq bombalar var. Onlar İlyuşin təyyarələrindən buraxıla bilər və onlar çox dağıdıcıdırlar”. Ə. Ə. Hacızadə həmin hərbi sursatları “bütün bombaların atası” adlandırıb. Xatırladaq ki, amerikalı hərbçilər aprel ayında Əfqanıstanın Nanqarhar əyalətində ilk dəfə olaraq GBU-43 adlı ən güclü fuqas aviasiya bombasından istifadə ediblər. Onu, həmçinin “bütün bombaların anası” adlandırırlar. Hərbçilərin hədəfində İŞİD terror qruplaşmasının tunelləri olub.

DİGƏR XƏBƏRLƏR

Top