Bu ilin ilk 8 ayı ərzində maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 169,4 milyon manatlıq məhsul istehsal edilib. "Yeniavaz.com"un Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki,, əvvəlki ilin yanvar-avqust ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 32,4 faiz, nəqliyyat vasitələrinin istehsalı isə 23,7 faiz artıb. Səkkiz ay ərzində fəvvarə armaturunun istehsalı 91,6 faiz, minik avtomobillərinin istehsalı 74,8 faiz, yük avtomobillərinin istehsalı 98,9 faiz azalıb, ştanqlı quyu nasoslarının istehsalı 11,2 faiz, xüsusi təyinatlı kommunal maşınların istehsalı 98,6 faiz, traktorların istehsalı 50,3 faiz artıb.