Türkiyədə xarici mətbuat üçün çəkdiyi şəkilləri ilə məhşur olan fotojurnalist Çağdaş Ərdoğan həbs olunub. Çağdaş 2 sentyabrda Kadıköydə yerləşən “Fenerbahçe Stadium”un yaxınlığında şəkil çəkən zaman saxlanılıb. Milli Kəşfiyyat Təşkilatının (MİT) binasının şəkillərini çəkməkdə günahlandırılan fotoqraf 12 gün saxlanıldıqdan sonra Çağlayan Ədliyyəsinin qərarı ilə həbsə göndərilib. Çağdaş Ərdoğan "Associated Press", "Agence France Press", "Getty Images", "New York Times", "The Guardian", "Wall Street Journal" kimi məhşur mətbuat orqanları ilə çalışıb.Oxu.az