Təhsil Nazirliyi dərs ilinin sentyabrın 18-də başlayacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov öz "Facebook" hesabında bildirib ki, bir çox saytlarda dərslərin sentyabrın 18-də başlayacağı ilə bağlı yanlış xəbərlər yer alıb: "Ölkəmizdə hər il olduğu kimi, "Bilik günü" sentyabrın 15-də qeyd ediləcək”. Nazirlik rəsmisi həmçinin qeyd edib ki, bu il məktəblərə 1445049 şagird gedəcək. Onlardan 665806-sı qız, 779243-ü oğlandır.Oxu.az