İranın paytaxtı Tehranda naməlum şəxs bıçaqla insanlara hücum edib. Hadisə şəhərin cənubunda avtobus dayanacaqlarından birində qeydə alınıb.
Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. İranın Fövqəladə Hallar üzrə Agentliyinin rəhbəri Həsən Abbasi bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti kafidir. Cinayətkar saxlanılaraq polis bölməsinə aparılıb. Hadisənin səbəbləri hələlik məlum deyil.