Bildiyimiz kimi Çempionlar Liqasının oyunlarına az bir müddət qalib. Bu oyunları, azərbaycanlılar üçün daha da həyacanlı və maraqlı edən ölkə təmsilçimiz Qarabağın da bu yarışda iştirak etməsdir. Qarabağın qarşılaşacağı ilk rəqibi isə İngiltərinin Çelsi futbol klubu olacaq. Oyun 12 sentyabrda Londonun Stamford Bridge stadionunda baş tutacaq. Bunu nəzərə alaraq Turizm.fins.az qarşılaşmanın keçiriləcəyi ərəfələrdə Londona səfərin qiymətini və oyuna olan bilet qiymətlərini öyrənib. Qeyd edək ki,məsələ ilə bağlı sorğu bir çox turizm şirkətlərinə göndərilib. Lakin operativliyi ilə sadəcə bir neçə turizm şirkəti fərqlənib.
Turizm şirkətinin adı |
Otel qiyməti |
Aviabilet qiyməti |
Way Travel
|
Apollo otel +səhər yeməyi- 636 manat |
Azalla birbaşa gediş-gəliş 1097 manat Tranzitlə qayıdış 960 manat |
Online Travel |
Este Gilis Klassik hotel - 1471 manat+səhər yeməyi |
Birbaşa reys gediş-gəliş 1207 manat |
Atlas Travel |
La-Rezerv hotel – 1000 manat+səhər yeməyi |
Aviabilet – gediş-gəliş birbaşa 1092 manat |
Khazar Travel and Tourism |
Strand Palace 448manat;Double Tree Hilton -238 manat;Nov Hotel – 366 manat+səhər yeməyi |
Aviabilet gediş-gəliş – 1192 manat |
İntravel.Az |
Otel 1075 manat səhər yeməyi daxil deyil |
1121 manat gediş-gəliş birbaşa Azal ilə |
Turizm.Az |
The Royal National Hotel -1446 manat The Fairvay Hotel- 1674 manat The İmperial Hotel – 1480 manat+səhər yeməyi
|
Aviabilet birbaşa 1076 manat |
Travelhouse |
St Christophers İnn Hammersmith 260 manat |
Birbaşa aviareys Azal ilə 1087 manat |
Air travel |
Otel – 1222 manat+səhər yeməyi |
Aviabilet 1092 manat |
Məlumat üçün bildirək ki, qiymətlərə viza rüsumu daxil edilməyib. Göstərilən məbləğlərə sentyabrn 8-dən 14-nə kimi Londonda yalnız 3 ulduzlu otellərdə qonaqlamaq, aviabilet əsas götürülüb. Oyunun keçiriləcəyi Stamford Bridge stadionunda bilet qiymətlərinə gəlincə isə bu biletləri online olaraq 99.36 avrodan(196 manat) başlayan qiymətlərlə əldə etmək olar. Qarabağın Çelsi ilə qarşılaşmasına təklif edilən ən bahalı yerin qiyməti isə 1 473,43 avrodur.