Saakaşvili: Məni dələduzluq yolu ilə vətəndaşlıqdan məhrum ediblər

Gürcüstanın sabiq prezidenti, həmçinin Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Sakaşvili Ukrayna vətəndaşlığından ələduzluq yolu ilə məhrum edildiyini iddia edir.

"Yeniavaz.com"un "Report"a istinadən verdiyi məlumatına görə, Saakaşvili deyir ki, onu vətəndaşlıqdan çıxarılmasına əsas göstərilən sənədləri heç vaxt imzalamayıb.

"Məş şokdayam! İndicə həmin anketlərin kopyalarına baxdım. Bu sənədlərə əsasən prezident məni vətəndaşlıqdan məhrum edib. Mən bütün məsuliyyətimlə bildirirəm ki, o anketlərdəki mənim imzam deyil", - o vurğulayıb.

Saakaşvili təcili olaraq qrafik ekspertizanın təşkil edilməsini tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top