“Yandeks” internet şirkəti və “Uber” taksi xidmətlərinin onlayn aqreqatoru Azərbaycanda taksi ilə gedişin onlayn sifarişi üzrə bizneslərinin birləşdirilməsi haqqında saziş imzalayıblar. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata gğörə, saziş, həmçinin Rusiya, Ermənistan, Belarus, Gürücüstan və Qazaxıstanı da əhatə edir. “Yandeks”in məlumatında deyilir ki, tərəfdaşlar yeni şirkət yaradırlar. Göstərilən ölkələrdə “UberEats” yeməyin çatdırılması üzrə servis yeni şirkətə həvalə olunacaq. “Uber” müştərək müəssisəyə 225 milyon dollar, “Yandeks” isə 100 milyon dollar yatıracaq. Şirkətin ümumi dəyəri 3,735 milyard dollar həcmində qiymətləndirilir. “Yandeks.Taksi”nin baş direktoru Tiqran Xudaverdyan yeni şirkətə rəhbərlik edəcək. Saziş bağlandıqdan sonra şirkətin 59,3 faizi “Yandeks”ə, 36,6 faizi “Uber”ə və 4,1 faizi əməkdaşlara məxsus olacaq.
Bununla belə, səfərlərin sifarişi məqsədilə hər iki tətbiq - “Yandeks.Taksi” və “Uber” əvvəlki kimi istifadəçilər üçün əlçatan olacaq. Bununla belə, taksi parkları və sürücülər vahid texnoloji platformaya keçəcəklər, bu da sifarişlərinin yerinə yetirilməsi üçün mümkün maşınların sayını artırmağa, onların göndərilmə müddətini azaltmağa, boş gedişi azaltmağa, etibarlılığı artırmağa imkan verəcək.