Türkiyə iqtisadiyyatı bu ilin III rübündə 1,8% kiçilib. Bu barədə açıqlamanı Türkiyə Statistika İdarəsi (TÜİK) verib. Beləliklə, Türkiyədə ÜDM-in həcmi 2009-cu ilin III rübündən etibarən ilk dəfə azalıb. Qeyd edək ki, "Bloomberg" agentliyinin keçirdiyi sorğuya qatılan iqtisadçılar ÜDM-in 0,3% artacağını ehtimal edidirdilər. Xatırladaq ki, Türkiyə iqtisadiyyatı II rübdə 3,1% artım göstərib. Xəbərin açıqlanmasından sonra Türkiyədə dolların məzənnəsi bu gün səhər saatlarında 3,47 səviyyəsindən 2%-ə yaxın artaraq 3,54 TRY/USD səviyyəsinə çatıb, lakin sonrada 3,52-yə enib. report