Cənubi Amerika ölkəsi Peruda güclü yağışar səbəbilə meydana gələn daşqınlar və torpaq sürüşmələri nəticəsində 72 nəfər ölüb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Perunun baş naziri Fernando Zavala deyib. Onun sözlərinə görə, ölkənin yarısından çoxu güclü yağışların səbəb olduğu sel və sürüşmələrin təsiri altına düşüb. Hökumət ölkənin 811 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edib. İctimai asayişi təmin etmək üçün bölgələrə hərbçilər cəlb ediliblər. Paytaxt Limada isə 1 həftədir içməli su verilmir.