Yaponiya kosmosa tədqiqat məqsədli peyk yollayıb. “Yeniavaz.com” Türkiyə mediasına istinadən bildirir ki, peyk Yaponiyanın cənub-qərbindəki Taneqaşima Kosmos Mərkəzindən “H2A” raketi ilə göndərilib. Peyk göndərildikdən təxminən 20 dəqiqə sonar raketdən ayrılaraq əvvəlcədən təyin olunmuş orbitə daxil olub. Yaponiyanın 2 radar peyki, 1 ehtiyat və 3 optik peykdən ibarət 1 peyk tədqiqat şəbəkəsi var. Dünən göndərilməsi planlaşdırılan peyk əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq bugünə təxirə salınmışdı.