“Hizbullah” Rusiya ordusunun nəzarəti altında Suriyadan çıxacaq

Astanda Suriya üzrə danışıqlarda bu ölkənin ərazisindən xarici silahlı dəstələrin çıxarılması məsələsi də müzakirə edilib. “Yeniavaz.com”un “Riafan.ru” saytına istinadən verdiyi məlumata görə, Astanada əldə edilmiş razılığa əsasən, Suriyanın müxtəlif ərazilərində yerləşən Rusiyanın Qarşıdurma tərəflərinin barışdırılması üzrə mərkəzi atəşkəs rejiminə əməl edilməsinə nəzarətin əsas aləti olacaq. Həmçinin, rusiyalı hərbçilər Suriya ərazisindən xarici silahlı dəstələrin, o cümlədən Livanın “Hizbullah” qruplaşmasının çıxarılması prosesinə nəzarət edəcəklər. Suriyada “Hizbullah”ın cavabdehlik zonasının yaradılması və dəstələrin Suriyanın şimalından mərhələli çıxarılması imkanı nəzərdən keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top