"İformasiya saytlarından birində yeniyetmə qıza təcavuz edilməsi ilə bağlı cinayət işi barədə məlumata rast gəldim. Az qala bütün təfərrüatlar yazılıb...
Bu nə biabırçılıqdır? Bu qədər qanunsuzluqmu olar?". "Yeniavaz.com"un məlumatına görə, bunu hüqüqşünas Ərşad Hüseynov bildirib.
"Açığı, tam anlamadım. Deyəsən, məhkəmələrdəki və ya istintaq orqanlarındakı kimlərsə, yaxud prosesdəki vəkillərdən hansısa "sarı" mətbuatla əməlli-başlı əməkdaşlıq edir. Əks təqdirdə belə təfərrüatlar haradandır?
Cinayət-prosessual qanunvericilikdə konfidensiallıq deyilən bir şey var. Bütün proses iştirakçılarına bu tipli məlumatları yaymaq qadağandır. Üstəlik, belə işlər üzrə məhkəmə baxışı da qapalı keçirilməlidir. Hətta hökmün açıq elanı nəzərdə tutulsa da, adətən onun yalnız nəticə hissəsi elan edilir. Maraqlıdır, doğrudanmı konfidensiallığa belə laqeyd yanaşılır? Görəsən, belə məlumatı əldə edib yaymaqdan ötəri can qoyanlar kimlərdir".
Hüquqşünas bildirib ki, mətbuatda gedən belə məlumatlar araşdırılmalıdır: "Onu mətbuata ötürən və yayan şəxs tapılaraq barəsində qanunauyğun tədbir görülməlidir".