AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycanın futbol üzrə 1-ci divizionunda danışılmış oyunlarla bağlı jurnalistlərə maraqlı açıqlama verib. Abdullayev 1-ci divizionun oyunlarına Çində pul qoyuluşu olduğunu bildirib: “Bilirsiz, əvvəl bu məsələləri sübut etmək çətin idi. Ancaq indi UEFA-da elə qurum var ki, hətta “Göyəzən”lə “Şahdağ”ın oyununun videoçəkilişinə kimi təqdim edirlər. Çində bu komandaların oyununa hansı, neçənci dəqiqədə pul qoyuluşu edildiyini təqdim edirlər. Heç ağlıma da gəlməzdi ki, Çində “Göyəzən”lə “Şərurspor”un oyununa pul qoyuluşu edilsin (gülür). Bilirsiz, adi gözlə bunu müəyyənləşdirmək olmur. Ancaq həmin matçlara nə qədər pul qoyulduğuna baxdıqda, bəzi şeylər daha çox aydınlaşır”.Komando.az