Belçikada türklərin mitinq keçirməsinə icazə verilməyib

Belçikanın ikinci böyük şəhəri Antverpenin qubernatoru Bart de Veyver oradakı ölkə vətəndaşı olan türk sakinlərin martın 17-də keçirmək istədikləri mitinqi qadağan edib. “RİA Novosti” xəbər verir ki, bu barədə Belçikada çıxan “Meuse” qəzetinin 14 mart tarixli sayında bildirilib. Məlumata görə, mitiniq keçirilməsinin qadağan edilməsini Bart de Veyver belə əsaslandırıb: “Bu aksiya ictimai asayişi təhdid edir”. Qəzet yazır ki, şəhər hakimiyyəti mitinqin türk iştirakçıları ilə flamandların ifrat sağyönlü “Flamand maraqları” Partiyası üzvləri arasında toqquşmanın olacağından ehtiyatlanır. Çünki bu siyasi təşkilatın üzvləri də həmin gün türk diaspor təmsilçilərinin aksiya keçirməsinə etiraz tədbiri keçirməyi planlaşdırıblar. Xəbərdə bildirilib ki, bu aksya da qubernator tərəfində qadağan edilib. Məlumatda vurğulanıb ki, bir müddət əvvəl Belçikanın xarici işlər naziri Yan Yambon yerli hakimiyyətləri krallığın türk sakinlərinin keçirəcəyi kütləvi aksiyaların təhlükəsizliyini təmin etməyə çağırıb. Həmin tədbirlərin isə krallığın paytaxtı Brüssel və Antverpen şəhərlərində keçirilməsi planlaşdırılmışdı.Report

DİGƏR XƏBƏRLƏR

Top