Azərbaycanda əhalinin banklarda yerləşdirdiyi əmanətlərin ümumi həcmi cari ilin fevral ayının 1-nə olan məlumata görə, 7 milyard 747,2 milyon manata bərabarər olub. "Yeniavaz.com"un Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, son bir ay ərzində əmanətlərin həcmi 4% və ya 298,5 milyon manat artıb.
Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə əhalinin əmanətlərinin həcmi 10,37% və ya 896,1 milyon manat azalıb.