Şüvəlan Təcridxanasında saxlanılan bloqqer Mehman Hüseynovun əməliyyat olunması üçün Penitensiar Xidmətə müraciət ediləcək.
Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.
O bildirib ki, Mehmanın həbsdən öncə sağlamlığı ilə bağlı mövcud olan bəzi problemlərin həlli həbsxana şəraitində daha da aktuallıq kəsb etməyə başlayıb: "Onun venoz damarında hələ bundan əvvəllər də problem vardı. Venoz damardakı genişlənmə ağrılarla müşayiət olunur, həbsxana şəraitində daha artıq diqqət tələb edir. Biz məsləhətləşdik. Hesab edirəm ki, bloqqerin əməliyyat olunmasına ehtiyac var. Bununla əlaqədar olaraq gərəkli hüquqi prosedurları başladacağıq. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə onun əməliyyat edilməsinə şərait yaradılması üçün müraciət edəcəyik”.
Qeyd edək ki, Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib."Bakipost.az