Rusiyanın Ermənistanda yerləşən Cənub hərbi dairəsinin Kamxud poliqonunda sürücülük kursları fəaliyyətə başlayıb. "Yeniavaz.com" Ermənistan mətbuatına istinadən xəbər verir ki, 1 ay davam edəcək kurslarda 500 nəfər hərbçi dəniz səviyyəsindən 1,5-2,5 min metr yüksəklikdə yerləşən dağlıq-qayalıq ərazilərdə KamAz, KRAZ, Ural və UAZmaşınlarını idarə etməyi öyrənəcəklər. Ekstremal şəraitdə adı çəkilən maşınları idarə etməyi öyrənəcək əsgərlər 30, 50,100 və 300 kilometrlik məsafədə maşını ən çətin şəraitdə idarə etməyi öyrənəcək. Buna paralel olaraq onlar düşmənə qarşı kütləvi tələfat silahından istifadə taktikasını sınaqdan çıxaracaqlar. Bu məqsədlə hərbi maşınlara şərti düşməni məhv etməyə qadir müasir hava və quru hücumları sistemləri yerləşdiriləcək. Hərbi maşın dəstəsini pilotsuz təyyarələr müşayiət edəcək.