Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq edilən sanksiya ləğv edilib

Rusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi sanksiyaları ləğv edib. "Haber-7" xəbər verir ki, Rusiyanın Baş naziri Dmitri Medvedev bununla bağlı qərar imzalayıb. O, Türkiyə hökumətinin başçısı Binəli Yıldırımla telefon danışığı zamanı sanksiyaların aradan qaldırıldığını bildirib. Telefon danışığı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 10-da Moskvaya səfəri və rusiyalı həmkarı Vladimir Putinlə görüşü də müzakirə edilib.Report

DİGƏR XƏBƏRLƏR

Top