Gəncədə bacı-qardaşı maşın vurub

Gəncə şəhərində bacı və qardaşı avtomobil vurub. "Yeniavaz.com" xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Gədəbəy rayon sakini 38 yaşlı Namiq Abbasov idarə etdiyi “VAZ 2106” markal avtomobilə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanmış 14 yaşlı Brilyant Məmmədovanı və onun qardaşı, 7 yaşlı Hüseyni vurub. Xəsarət alan B. Məmmədova Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına, oradan isə uşaq xəstəxanasına yerləşdirilib. Qardaşı Hüseyn isə özəl xəstəxanaların birinə aparılıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top