ABŞ kəşfiyyatının 5 casusluq sirri

“Wikileaks” beynəlxalq qeyri-kommersiya təşkilatının dərc etdiyi “Vault 7” adlı sənədlərə əsasən ABŞ-ın Mərkəzi Kəşfiyat İdarəsi (MKİ) ağıllı telefonlara, mobil tətbiqlərə və hətta teleziya və avtomobillərə müdaxilə edə bilir. “Yeniavaz.com”un “Habertürk” onlayn-qəzetinə istinadən verdiyi məlumata görə, “Vault 7” “Wikileaks”in indiyədək dərc etdiyi en geniş MKİ sənədidir. 8000 səhifədən ibarət sənədlərdə ABŞ və MKİ-nın dünya miqyasında həyata keçirdiyi casusliq fəaliyyətləri ilə bağlı vacib məlumatlar var. Sənədlərdə MKİ-nın gündəlik həyatımızda istifadə etdiyimiz elektron cihazlar və mobil əlavələri necə ələ keçirməsi və hansı məqsədlər üçün istifadə etdiyinə dair məlumatlar yer alır. İngiltərənin “İndependent” qəzeti “Wikileaks”in yayınladığı yeni sənədlə üzə çıxan 5 ən böyük casusluq sirrini sıralayıb.

1.MKİ hər cür kompüterə, “Android” və “iPhone” telefonlarına müdaxilə ermə qabliyyətinə malikdir.

ABŞ kəşfiyyatı insanların istifadə etdiyi hər cür elektron cihaza müdaxilə etmək üçün casus proqramları üzərində işləyir. Bu proqramlar elekton cihazlara uzqdan nəzarət edə bilir. Cihazlar uzaqdan açılıb-bağlanılır, istifadəçilərin mesajlarına baxılır. Hətta cihazların mikrofomları vasitəsilə insanlar dinlənilir, kamerası ilə isə cihazın olduğu məkan izlənilir.

2. “Signal”, “Telegram” və “Whatsapp” kimi tətbiqlər etibarlı deyil

Şifrələnmiş ani mesajlaşma tətbiqləri ancaq istifadə etdikləri cihazlar qədər etibarlı ola bilər. Əgər cihazlarda təhlükəsizlik bağlı boşluq varsa, mesajlar şifrələnib göndərilməzdən əvvəl üçüncü şəxslər tərəfindən oxunula bilər.

3. MKİ ağıllı televizorları məkanın dinlənilməsi üçün istifadə edir

MKİ “Weeping Angel” adlı proqram sayəsində ağıllı televizorlara müdaxilə edir. Bu proqram sayəsində söndürülmüş vəziyyətdə olsalar belə, ağıllı televiziyalar ətrafda danışılanları dinləmək mümkündür.


4. MKİ avtomobillərə haker hücumu etmək, qəzaya uğramalarına səbəb olmaq və təsbit edilməyəcək sui-qəsdlər törətməyə imkan verən texlogiyalar üzərində çalışıb

MKİ avtomobil və avtobuslara haker hücumu edərək uzaqdan nəzarə edilməsinin yollarını axtarır. MKİ bununla da təsbit edilməsi mümkün olmayan sui-qəsdlər törədə bilər.


5. MKİ təhlükəsizlik sahəsində boşluqları digər ölkələr və hökumətlərdən gizli saxlayıb

MKİ hakerlərin istifadə etdiyi təhlükəsizlik üzrə boşluqları insanların təhlükəsizliyini təmin etmək üçün müvafiq qurumlara bildirmək əvəzinə bunlardan istifadə edib. “Apple” “Google” və “Microsoft” kimi bir çox firma cihazlarındakı təhlükəsizlik üzrə boşluqlardan xəbərdar olmadıqları üçün bunların qarşısını almaq məqsədilə tədbir görə bilmirlər.

Qeyd edək ki, “Vault 7” sənədlərindəki məlumat sızıntıları hələ tam öyrənilməyib. Mediada yer alan məlumatlar dərc edilən 8378 sənədin yalnız bir qismini əhatə edir.

DİGƏR XƏBƏRLƏR

Top