Yaponiyalı forvard dünyanın ən yaşlı futbolçusu oldu

Yaponiyanın “İokoqama” klubunun forvardı Kadzuesi Miura rəsmi matçda iştirak etmiş tarixin ən yaşlı futbolçusu olub. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə FIFA-nın saytı xəbər verir. K. Miura Yaponiyanın ikinci liqasının matçında 50 və 7 gün yaşında oynayıb. Əvvəlki rekord 50 və 5 gün yaşında meydançaya çıxmış ingiltrəli Stenli Metyuza məxsus olub. Onun rekordu yarım əsrdən çox davam edib. K. Miura peşəkar karyerasına 1986-cı ildə başlayıb. 4 il ərzində Braziliyanın “Santos”, “Palmeyras” və “Koritibı” komandalarında, 1994-1995-ci illərdə isə İtaliyanın “Cenoa” klubunda top qovub. 2005-ci ildən “İokoqama”da çıxış edir. Forvard 231 matçda 24 qol vurub. K. Miura 1990-2000-ci illərdə Yaponiya millisində oynayıb. Millidə 89 oyunda 55 dəfə fərqlənib.

DİGƏR XƏBƏRLƏR

Top