ABŞ prezidenti Donald Trampın telefon danışıqları dinlənilməyib. Bunu ABŞ-ın sabiq Milli Kəşfiyyat İdarəsinin rəisi Ceyms Klepper bəyan edib. “Prezident kampaniyası zamanı və seçkiqabağı ərəfədə Donald Trampın telefon danışıqları dinlənilməyib”, deyə yanvarda vəzifəsini tərk edən C.Klepper vurğulayıb. Ötən gün ABŞ prezidenti D.Tramp bildirib ki, sabiq prezident Obama onun telefon danışıqlarını dinləyib. O, özünün “Tvitter" səhifəsində yazıb ki, telefon danışıqları 2016-cı il prezident seçkiləri öncəsi dinlənilib. apa