“Real” Madrid İspaniya çempionatı çərçivəsində “Las Palmas” ilə matçda (3:3) növbəti rekord müəyyənləşdirib. “Yeniavaz.com”un “Sports.ru” saytına istinadən verdiyi məlumata görə, madridlilər ardıcıl 45-ci oyunda qol vuraraq İspaniya futbolunun rekordunu yeniləyiblər. Əvvəlki 44 oyunluq rekord “Barselona”ya mənsub olub və 1942-1944-cü illərdə müəyyən edilib. “Real” bu mövsüm “Barselona”nın məğlubiyyətsiz seriya üzrə rekordunu üstələyib və ardıcıl qələbələr üzrə isə Kataloniyab təmsilçisi ilə bərabərləşib.