"İlin sonuna kimi bir dövlət Dağlıq Qarabağın “müstəqilliyini” tanıyacaq"

Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan bu ilin sonuna kimi Dağlıq Qarabağı ən azından bir dövlətin tanıya biləcəyini istisna etmədiyini söyləyib. "Yeniavaz.com"un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Nalbandyan bununla belə bir dövlətin qondarma qurumun “müstəqilliyini” tanımasının az ola biləcəyini qeyd edib: "İlin sonuna kimi bir dövlət Dağlıq Qarabağın “müstəqilliyini” tanıyacaq. Ancaq indiki məqamda bu azdır. Hazırda münaqişənin həlli ilə bağlı həmsədr ölkələrin vasitəçiliyilə müxtəlif yollar aranır. Məqsəd münaqişənin dinc yollarla həllinə və bu müstəvidə də Dağlıq Qarabağın “müstəqilliyinə” nail olmaqdır".

Ermənistanın bəzi politoloqları Dağlıq Qarabağın "müstəqilliyini" Argentina və ya Uruqvayın tanıya biləcəyi qənaətindədirlər.

Lakin əksər siyasi müşahidəçilərin fikrincə, Nalbandyanın bu açıqlaması ölkə daxili ictimai rəyi aldatmağa yönəlib və çətin ki, hansısa ölkə qondarma qurumun “müstəqilliyini” tanımaqla beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalamağa cəsarət etsin.

DİGƏR XƏBƏRLƏR

Top