"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının daha bir təlim-məşq bazası aşkarlanıb. Terrorçuların illərdən bəri nəzarətdə saxladıqları Mosul şəhərinin azad edilməsi uğrunda gedən döyüşlər zamanı aşkarlanan baza şəhərin cənubundadır. 2014-cü ildə İŞİD-in əlinə keçmiş Mosuldakı bu baza yerin altında, bunkerlərdədir. Çox ciddi möhkəmləndirilmiş bazaya giriş tuneldəndir. İraq Müdafiə Nazirliyinin yaydığı məlumata görə, bu yeraltı bazada İŞİD-in "mühacir"ləri, yəni xarici ölkələrdən İŞİD-ə qatılan terrorçular hazırlıq keçiriblər.Milli.az