Xocavənd istiqamətində döyüş-Ermənistan ordusu itki verdi

Martın 1-də Azərbaycanın qəhrəman əsgərlərinin işğalçı Ermənistan ordusunun atəşinə cavabı sərrast olub. Belə ki, saat 16.50 radələrində düşmənin atəşkəsi pozmasına cavab tədbirləri nəticəsində Nver Yuryeviç Babacanyan məhv edilib. 1980-ci il təvəllüdlü erməni hərbçi müqavilə əsasında xidmət edirmiş. Düşmən əsgəri cənub-şərq istiqamətində, Xocavənd istiqamətində öldürülüb. Fevralın 24-25-də cəbhənin Xocavənd istiqamətində Ermənistanın ciddi itkilər verdiyi barədə məlumatlar yayılsa, da İrəvan bu xəbərləri açıqlamırdı. Ancaq bəzi ekspertlər yaxın günlərdə itki xəbərlərinin bir-bir açıqlanacağını təxmin edirdilər. Bu mənada mümkündür ki, erməni hərbçi bir neçə gün əvvəl məhv edilib.Musavat.com

DİGƏR XƏBƏRLƏR

Top