AZAL-dan şəhidin ailəsinə HÖRMƏTSİZLİK

Azərbaycan Hava Yolları şirkəti (AZAL) şəhid Tural Həşimlinin yaxınlarına Naxçıvana uçmaq üçün bilet verməyib.

"Yeniavaz.com" xəbər verir ki, bu barədə jurnalist Naibə Qurbanova sosial şəbəkədə yazıb.
Jurnalistin sözlərinə görə, şəhidin cənazəsi Naxçıvana yola salınarkən onun qohumlarına yalnız 5 yer verilib: "Şəhid baş leytenant Tural Həşimlinin cənazəsi Naxçıvana yola salınıb, AZAL şəhidin yaxınlarını, qohumlarını Naxçıvana yola salmaq üçün cəmi 5 ədəd yer ayıra bilib. Şəhidin qohumları aeroportda qalıb".

Jurnalist bu hadisədə birbaşa AZAL rəhbəri Cahangir Əsgərovu günahlandırıb.

DİGƏR XƏBƏRLƏR

Top