Avropa İttifaqı (Aİ) Belarusa qarşı məhdudlaşdırıcı tədbirləri bir il müddətinə uzadıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Aİ Şurasının mətbuat xidmətindən deyiblər. Bəyanatda bildirilir ki, 27 fevral 2017-ci il tarixində Şura Belarusa qarşı məhdudlaşdırıcı tədbirləri bir il, 28 fevral 2018-ci il tarixindək uzatmaq qərarına gəlib. Aİ bir il əvvəl Belarusun 170 məmurunun, o cümlədən ölkə prezidenti Aleksandr Lukaşenkonun və Belarusun üç şirkətinin üzərindən sanksiyaları götürmüşdü. Minskə münasibətdə silah embarqosu və Belarusun dörd vətəndaşına qarşı sanksiyalar qüvvədə qalıb.