Prezident ad gününə 2 milyon avro xərclədi

Zimbabve prezidenti Robert Muqabe ad gününə həsr olunmuş təntənələrdə iştirak edib. “Yeniavaz.com”un “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, prezident 93 yaşını Matobo parkında qeyd edib. Ad günü gecəsi təqribən 2 milyon dollara başa gəlib. Ad günü mərasimində hakim Zimbabve Afrika Milli İttifaqı partiyasından olan bir neçə min qonaq iştirak edib. Qonaqlara Zimbabve formasında olan 93 kiloqramlıq tort təqdim edilib. R. Muqabe ad günündə öz təsvirlərinin və partiya çiçəklərinin yer aldığı bayram kostyumu geyinib. Onun ad günündə çıxışı 1 saatdan çox davam edib. O bildirib ki, dövlətə 37 il rəhbərlikdən sonra hakimiyyəti əldən vermk istəmir. Ölkədə prezident seçkiləri 2018-ci ildə keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top