Ağdamdakı son vəziyyət AÇIQLANDI

“Hazırda Ağdamda vəziyyət normaldır. Gecə saatlarında kəndlərə baş çəkərək, insanlarla görüşdük. Ciddi problem yoxdur. Hər şey qaydasındadır”.

Bunu Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib. İcra başçısının sözlərinə görə, sosial şəbəkələrdə insanların evləri tərk etməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Heç kim evini tərk etməyib. Hamı əvvəlki günlərdə olduğu kimi öz həyatını yaşayır”.

Qeyd edək ki, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə mövqelərimizə soxulmağa cəhd göstəriblər.azvision.az

DİGƏR XƏBƏRLƏR

Top