Abşeronda göl daşıb, həyətyanı sahələri su basıb

Bu gün Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində Daşağıl gölünün daşması nəticəsində həyətyanı sahələrə dolmuş suyun çəkilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib. Nazirliyin saytının məlumatına görə, əməliyyat nəticəsində həyətyanı sahələrdə suyun səviyyəsi 15-20 sm endirilib. Hazırda suyun çəkilməsi işləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top