ATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə Minsk qrupunun həmsədrlərinin indiki formatının alternativi yoxdur. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşünün yekunları üzrə keçirilən birgə mətbuat konfransında deyib. O bildirib: “Əgər biz ümumi məqbul qərarın axtarılıması zərurəti barədə prinsipial razılaşmalara həqiqətən sadiqsək, qəti əminəm ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin cari iş formatına alernativ mövcud deyil”. Nazir əlavə edib ki, Azərbaycan və Ermənistan rəhbərləri də bunun tərəfdarı, eləcə də ATƏT-in bütün üzvləri “üçlüyün” liderlik rolunun davam etditrilməsinin tərəfdarı olduqlarını dəfələrlə ifadə ediblər.