Rusiya Monteneqroda dövlət çevrilişinə cəhd ittihamlarına cavab verdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Monteneqroda dövlət çevrilişinə cəhdin arxasında Rusiyanın dövlət orqanlarının dayanması barədə məlumatlara münasibət bildirib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, S. Lavrov bu cür məlumatları əsassız ittihamlar adlandırıb. Nazir bildirib ki, belə xəbərlər Qərbə qarşı haker hücumlarında, bir çox Qərb ölkələrində seçki kampaniyalarına müdaxilələrdə, Tramp administrasyasının Rusiyanın xüsusi xidmət orqanları ilə əlaqələrində və bir çox məsələlərdə Moskvaya ünvalanmış əsassız ittihamlarla eynı cərgədə dayanır.

Qeyd edək ki, Monteneqronun xüsusi prokuroru Milivoye Katniç bəyan edib ki, Rusiyanın bəzi dövlət orqanlarının 2016-cı ilin oktyabrında ölkədə seçkilər zamanı dövlət çevrilişinə cəhddə əli var, məqsəd ölkənin NATO-ya üzv olmasının qarşısını almaq olub. Prokuror əlavə edib ki, bu nəticələr dövlət çevrilişinə cəhd üzrə saxlanıların ifadələrinə və onların danışıqları barədə məlumatlara əsaslanır.

Xatırladaq ki, 16 oktyabr 2016-cı il tarixində Monteneqroda terror aktlarına hazırlıq şübhəsi ilə Serbiyanın 20 vətəndaşı saxlanılmışdı. İstintaqın versiyasına görə, onlar müxalifətin mitinqini gülləbarana tutmağa, ardından isə onun iştirakçılarını parlamentin binasını tutmağa və keçmiş baş nazir Milo Cukanoviçi həbs etməyə təhrik etməyə hazırlaşıblar.

DİGƏR XƏBƏRLƏR

Top