Mingəçevirdə köhnə binalarda yaşayanlara şad xəbər

Mingəçevir şəhərində aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri zamanı mühüm infrastruktur layihələri həyata keçirilib. Şəhərdə 100 çoxmənzilli yaşayış binasının dam örtüyü müasir üslubda təmir edilib, metal keramiklə örtülüb. Bu barədə Şəhər İcra Hakimiyyəti Əsaslı Tikinti Təmir və Abadlaşdırma Şöbəsinin rəisi Arif Musayev məlumat verərək bildirib ki, bu günlərdə şəhərin M.F. Axundov və S.Vurğun küçələrinidə yaşayış binalarının fasad hissələri və giriş bloklarının təmir işlərinə başlanılıb: “Cənab Prezidentin Mingəçevirə diqqət və qayğısı nəticəsində əhalinin məşğulluğunu təmin etmək məqsədi ilə ayırdığı vəsait hesabına 106 nəfər bu işlərə cəlb olunub və bu işlər hal-hazırda davam etdirilir. Hələlik 27 binanın təmir işləri nəzərdə tutulub, gələcəkdə isə respublikanın imkanları artdıqca qalan binalar da təmir olunacaq”.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top