Türkiyənin Suriyada münaqişənin nizamlanması Rusiya və İranın dəstəyinə ehtiyacı var. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Münxen təhlükəsizli konfransında çıxış edərkən deyib. Onun sözlərinə görə, Suriyada atəşkəs rejimi ümumi səyərlərlə möhkəmləndirilməlidir. Nazir bildirib: “Bizim Rusiyanın və bəzi hallarda İranın dəstəyinə ehtiyacımız var və bu baxımdan bir çox şeyə nail olmuşuq”.