12 aydan sonra ölkə iqtisadiyyatında artım baş verib

Bu ilin yanvar ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 5 milyard 233,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8% çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komtəsinin açıqladığı hesabatda qeyd olunur.

Məlumat üçün bildirək ki, bu12 aydan sonra qeyd edilən ilk artımdır. Belə ki, ötən il ərzində ÜDM-nin həcmində davamlı olaraq azalma qeydə alınıb. Ən böyük azalma isə ötən ilin aprel ayında qeydə alınıb - 4,5%.

Məlumatda həmçinin qeyd olunur ki, əlavə dəyərin 47,7%-i sənayedə, 9,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,8%-i tikinti, 2,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə, 15,9%-i isə digər sahələrdə istehsal edilib. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1%-ini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 539,8 manata bərabər olub.

DİGƏR XƏBƏRLƏR

Top