Şahin Zəkizadə son mənzilə yola salınır - FOTOLAR

Ötən gün xərçəng xəstəliyindən dünyasını dəyişən rejissor Şahin Zəkizadənin vida mərasimi keçirilir.

Mərasim Yeni Yasamalda təşkil olunub.

Rejissorun həyat yoldaşı Səbinə Zəkizadə bildirib ki, sonuncu dəfə onunla danışa bilməyib:

"Canımdan can getdi. Son vaxtlar deyirdi ki, Səbiş, şirin çay ver. O sözü məni çox sevindirirdi. İnanırdım ki, sağalacaq. Şahinin arzuları çox idi. Deyirdi ki, sağalım, oğlum Əli ilə idmana gedəcəyəm. Tapşırırdı ki, uşaqlara qışqırmayım. Mən də sözündən çıxmırdım. Əli bütün günü ata deyib çağırır. Şahin uşaqlarına doymadı. 37 yaşında bizi tərk etdi".

Qeyd edək ki, mərhum Maştağa qəsəbəsində torpağa tapşırılacaq.big.az

DİGƏR XƏBƏRLƏR

Top