BMW 2021-ci ildə satışa 28 yeni modelini çıxartmağı planlaşdırıb-VİDEO



BMW konserni 2021-ci ilə kimi dünya bazarına özünün 28 yeni modelini çıxaracaq. "Yeniavaz.com"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bundan məqsəd həm daha çox alıcı cəlb etmək, həm də yeni modellərin sayını artırmaqdır. Yeni modellerin arasında artıq BMW tərəfindən istehsal ediləcəyi öncədən elan edilən, ancaq hələ satışa daxil olmayan BMW5-Series avtomobili də var. Bundan əlavə BMW həvəskarları bu il satışda BMW M2 GTS, BMW M2, BMW M3 və BMW M5 avtomobillərini də görə biləcəklər. Əgər istehsal məsələsi qaydaya salınsa onda satışda BMW-nin digər modelləri, o cümlədən BMW 2-Series Cabriolet və BMW 2-Series Coupe, BMW 5-Series Gran Turismo, BMW 6-Series Gran Turismo (G32), BMW 4-Series, BMW X7 (F17), BMW X2 (F49) və BMW X3 avtomobilləri də olacaq. 2018-ci ildə Bavariya kompaniyası rəsmi şəkildə BMW8-series-in təkmilləşdirilmiş variantının istehsalını, eyni zamanda Toyota kompaniyası ilə birgə yeni idman avtomobillərinin buraxılmasını planlaşdırıb.

BMV

DİGƏR XƏBƏRLƏR

Top