İranda 10 nəfər narkotik vasitə ilə bağlı cinayətlərdən mühakimə olunaraq edama məhkum olunub. “Yeniavaz.com”, Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran İnsan Hüquqları Aktivistləri Agentliyi, narkotik vasitə ilə bağlı cinayətlərdən ölüm cəzasına məhkum olunan 7 nəfərin Qum şəhərindəki Lengerud həbsxanasında edam olunduğunu bildirib. Digər 3 nəfər isə Pakistan sərhədindəki Sistan və Bəlucistan əyalətinə bağlı olan Zabul həbsxanasında edam olunub.
Xatırladaq ki, İranda 2015-ci ildə 977 nəfər edam edilib. Beynəlxalq ƏFV təşkilatının apardığı hesablamalara görə, dünyanın ən çox edam cəzası tətbiq edən ölkələrindən biri İrandır. 2015-ci ildə edam olunanların böyük əksəriyyəti isə narkotik vasitə ticarəti ilə bağlı cinayətlərdən edama məhkum olunub.