Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Azərbaycan və Ermənsitanın mövqelərinin uzlaşmasına çalışacaq. "Yeniavaz.com"un Panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib: "2016-cı ilin aprel ayında baş verən dördgünlük müharibə Rusiyanın, həmçinin ATƏT Minsk Qrupu həmsədrlərinin səyləri ilə dayandırıldı. Əsas məqsəd münaqişənin yenidən alovlanmasına imkan verməməkdir. Ona görə də Rusiya münaqişənin həllində tərəflərin mövqelərinin yaxınlaşmasına yardım edəcək".