Nazir olduğum müddətdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində bir neçə dəfə irəliləyişə yaxın idik. “Yeniavaz.com”un məlumatına görə, bunu RİA Novosti-yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, hamı başa düşür ki, ola bilsin Ermənistan tərəfindən başqa, hazırda mövcud olan status-kvo heç kəsi qane etmir: “Biz əlbəttə narazıyıq ki, 20 il ərzində işğal edilmiş ərazilər təəssüf ki, yalnız hərbi güc yolu ilə azad edilir. Hərçənd ilk gündən məsələnin sülh yolu ilə həll edilməli olduğunu deyirdik. Və dəfələrlə dediyimiz kimi stolu problemlərdən təmizləmək lazımdır. Əsas problem Ermənistan Silahlı Qüvvələrnin Azərbaycan ərazisində mövcudluğudur. İlk növbədə demək istəyirik ki, əsgərlər kazarmalara qayıtmalıdırlar və o zaman bu, böyük imkanlar yaradacaq, bu, planın bir hissəsidir”.