Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start verilib. İki gün davam edəcək turun ilk oyun günündə liderlər meydana çıxıblar. Qəbələdə yerli komanda turnir cədvəlinin sonuncusu AZAL-ı qəbul edib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda ilk hissə qolsuz bərabərliklə yekunlaşıb. İkinci yarıda "qırmızı-qaralar"ın xorvatiyalı legioneri Filip Ozobiç özünü göstərib. O, 64-cü dəqiqədə penaltidən hesabı açıb. Görüşə əlavə olunmuş dəqiqələrdə daha bir dəfə fərqlənən oyunçu matçda son nöqtəni qoyub.
Turnir cədvəlinin zirvəsində qərarlaşmış "Qarabağ" da asan sınağa çıxıb. Qurban Qurbanovun komandası ötən mövsümün gümüş mükafatçısı, 2017-ci ilə 2 qələbə ilə başlayan “Zirə”ni qəbul edib. Ardıcıl 5 dəfə rəqibini eyni – 2:0 hesabı ilə yenən əyalət klubu paytaxt təmsilçisi qarşısında bu dəfə də ənənəni pozmayıb.
Əfran İsmayılovun qolu ilə ilk hissəni öndə bitirən ağdamlılar ikinci yarıda Dino Ndlovu sayəsində üstünlüyünü möhkəmlədib. Ayxan Abbasovun komandası ciddi müqavimət göstərmədiyi üçün görüş elə bu şəkildə də başa çatıb. apasport
Azərbaycan Premyer Liqası
XVII tur
8 fevral (çərşənbə)
“Qarabağ” – “Zirə” - 2:0
Qol: Əfran İsmayılov, 13, Dino Ndlovu, 47
İlk 2 dövrədəki oyunlar: 2:0, 2:0
Suraxanı qəsəbə stadionu
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Markos Madera, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 44. Ağabala Ramazanov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 77. Elşən Abdullayev
Baş məşqçi: Qurban Qurbanov
“Zirə”: 1. Anar Nəzirov, 44. Migel Lorenso, 39. Sadiq Quliyev, 5. Adil Nağıyev, 16. Akim Latifu, 13. Aleksandr Şemonayev, 6. Vüqar Mustafayev, 8. Milan Duriç, 10. Elvin Məmmədov (k), 28. Təmkin Xəlilzadə, 19. Nurlan Novruzov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 92. Cavid Tağıyev, 11. Viktor İqbekoyi, 43. Riçard Qadze, 7. Amadu Sanqar, 17. Vüsal İsgəndərli, 33. Vəzir Musayev
Baş məşqçi: Ayxan Abbasov
“Qəbələ” – AZAL - 2:0
Qollar: Filip Ozobiç, 64 (pen.), 90+3
İlk 2 dövrədəki oyunlar: 3:0, 0:0
Qəbələ şəhər stadionu
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 10. Ruslan Qurbanov, 14. Cavid Hüseynov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 31. Daniel Subotiç, 34. Ürfan Abbasov, 88. Tellur Mütəllimov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 4. Elvin Camalov, 9. Sergey Zenyov, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 21. Roman Hüseynov, 77. Araz Abdullayev
Məşqçi: Sənan Qurbanov
AZAL: 23. Aqil Məmmədov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 44. Omeqa Alamadine, 24. Emin Cəfərquliyev (k), 14. İlqar Ələkbərov, 27. Rəşad Abdullayev, 19. Elnur Süleymanov, 77. Arkadi Qalperin, 10. Nuqzar Kvirtiya, 9. Röyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Tərlan Qasımzadə, 95. Şirməmməd Məmmədov, 3. Tural Hümbətov, 17. Eltun Hüseynov, 33. Seyidrəzi Ağayev, 16. Feyzi Aşkan, 11. Olvier Madu
Baş məşqçi: Tərlan Əhmədov
Turnir cədvəli
1. |
Qarabağ |
17 |
12 |
3 |
2 |
31-8 |
39 |
2. |
Qəbələ |
17 |
11 |
5 |
1 |
34-8 |
38 |
3. |
İnter |
16 |
7 |
8 |
1 |
27-15 |
29 |
4. |
Zirə |
17 |
6 |
3 |
8 |
14-18 |
21 |
5. |
Sumqayıt |
16 |
4 |
7 |
5 |
16-21 |
19 |
6. |
Kəpəz |
16 |
3 |
6 |
7 |
11-18 |
15 |
7. |
Neftçi |
16 |
3 |
1 |
12 |
10-32 |
10 |
8. |
AZAL |
17 |
1 |
5 |
11 |
8-31 |
8 |
Bombardirlər: Filip Ozobiç (“Qəbələ”) – 9 qol.