Lukaşenko yenə Rusiyanı ittiham etdi: Faktlarla sübut edin

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan tədarüklərini qadağan etməzdən əvvəl Belarusun keyfiyyətsiz məhsulları üzrə etibarlı faktlar göstərməyi tələb edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu A. Lukaşenko Rusiyanın Kostromsk bölgəsinin qubernatoru Sergey Sitnikov ilə görüşdə deyib. Prezident bildirib: “Budur mal əti … o pisdir, stolun üzərinə faktarı qoyun və o zaman dərhal qarşınızda haqq qazanmağa çalışacağıq və səbəblərini axtaracağıq. Başa düşmürəm niyə bizim mal ətimiz boğazdan keçməməyə başlayıb, bunu heç cür başa düşə bilmirəm, lakin belaruslar ölməyəcək. Hazırda dünya qloballaşır”.

Xatırladaq ki, fevralın 6-da Rusiya Belarusun Minsk bölgəsindən mal əti və mal əti subməhsulların tədarükünə qadağa tətbiq edib. Buna səbəb kimi Belarus müəssisələrinin Rusiyaya gətirilməsi qadağan edilmiş Ukrayna və Avropa məhsullarını tədarük etməsi göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top