Dövlət Dumasının deputatları sanksiyalara baxmayaraq Belçika parlamentindən olan həmkarları ilə əlaqələrin gücləndirilməsi barədə qərar qəbul ediblər. "Yeniavaz.com"un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Dövlət Dumasının Vətəndaş cəmiyyətinin inkişafı komitəsinin rəhbəri Sergey Qavrilov mətbuata açıqlamasında deyib: "Biz sanksiyalara baxmayaraq Avropanın vətənpərvər gücləri ilə əlaqələri genişləndirmək qərarına gəlmişik. Bu planımımızı yaxın vaxtlarda həyata keçirmək niyyətindəyik".
O həmçinin xatırladıb ki, Belçika parlamentinin bir qrup deputatı Suriyada səfərdə olarkən Hələbə gedib, həmçinin prezident Bəşər Əsədlə görüşüb və hərbi həbsxanadakı vəziyyətlə tanış olublar. Sergey Qavrilovun fikrincə, bu amil terrorçularla mübarizədə ordunun böyük önəm daşıdığını göstərir. Xatırladaq ki, hazırda Dövlət Dumasının bir qrup deputatı da Suriyada səfərdədir. Onların Suriyada olan belçikalı deputatlarla görüşü planlaşdırılıb.